Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd “S-300” zenit raketi atıb, ölən var.
TİA.AZ “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.
O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.
Dağıntı və tələfatla bağlı araşdırma aparılır. Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.









