RUSİYA-UKRAYNA MÜHARİBƏSİ NƏ VAXT BİTƏCƏK? – ZELENSKİ AÇIQLADI

RUSİYA-UKRAYNA MÜHARİBƏSİ NƏ VAXT BİTƏCƏK? – ZELENSKİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada münaqişənin ən qaynar nöqtəsi ölkənin şərqindəki Donbas bölgəsidir. Ukrayna prezidenti Vladimir Zelenski Donbas bölgəsinin Rusiyadan geri alınacağını bildirib. O, müharibənin bölgə üçün aparıldığını deyib.

Tribuna.az xarici mediaya istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Müharibə nə vaxt bitəcək?” sualına cavab olaraq belə deyib. Zelenski Donbası geri almaq üçün müharibəni davam etdirdiklərini qeyd edib:

“Donbas uğrunda müharibə davam edir. İşğalçılar indi bütün səylərini Soledara yönəldiblər. Bu ağır və uzun müharibənin nəticəsi bütün Donbasın azad edilməsi olacaq.
“Rusiya buradan nə qazanmağa çalışır? Hər şey tamamilə dağıdılıb, demək olar ki, həyat əlaməti qalmayıb. Həmçinin bütün ruslar yoxa çıxıb. Baxmutu qoruyan bütün əsgərlərimizə təşəkkür edirəm. Soledardakı bütün döyüşçülərimizə təşəkkür edirik. Ukrayna ordusu vaxt və güc qazandı”.
Zelenski elan edib ki, ruslar Donbas bölgəsindən geri çəkilsin. O həmçinin çexiyalı və sloveniyalı həmkarları ilə görüşdüyünü qeyd edib. O, göstərdiyi köməyə görə bir daha Avropa İttifaqına təşəkkür edib.

Tribuna.az