Rusiya qoşunları Dnepr çayının sağ sahilini tərk edir

Rusiya qoşunları Dnepr çayının sağ sahilini tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq öz birləşmələrini Dnepr çayının sağ sahilindən geri çəkir”.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib

Məlumata görə, manevr Nikolayev-Krivoy Roq istiqamətində həyata keçirilir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ölkənin Xersondakı qoşunlarına Dnepr çayının sol sahilinə çəkilmək əmri verilib.