Rusiya ordusuna sarsıdıcı zərbə – VİDEO

Rusiya ordusuna sarsıdıcı zərbə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinə məxsus ən iri silah-sursat arsenallarından birinə zərbə endirildiyini açıqlayıb.

Ttibuna.az xəbər verir ki, Baş Qərargahın məlumatına görə, Volqoqrad vilayətinin Kotlubani yaşayış məntəqəsində Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin (GRAU) raket, sursat və partlayıcı maddələrin saxlanıldığı kompleks anbarı vurulub.

Bildirilib ki, bu arsenal Rusiya ordusunun ən böyük sursat saxlama bazalarından biridir. Zərbənin Ukraynanın FP-5 “Flamingo” uzaqmənzilli silahları ilə endirildiyi qeyd olunur.

Obyekt ərazisində güclü partlayışlar baş verib və sonradan ikinci dərəcəli detonasiya qeydə alınıb.