Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində də partlayışlar törədilib.
TİA.AZ “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub.
Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.
Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.
Partlayışlar zamanı ölən və yaralananların olduğu bildirilir.









