Rusiya İrandan daha güclü PUA-lar sifariş edib

Rusiya İrandan daha güclü PUA-lar sifariş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya İrandan yeni “Arash-2” PUA-ları sifariş edib”.

Bu barədə Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin özünün “Telegram” kanalında məlumat verib.

Mütəxəssis İran mənbələrinə istinad edib. Onun sözlərinə görə, yeni PUA-ların döyüş başlığı İranın “Geran-2” dronlarının lokallaşdırılmış versiyasından xeyli böyükdür.

“İranın əslində çox sayda kəşfiyyat, zərbə, kamikadze tipli müxtəlif maraqlı PUA-ları var. Onların bir çoxu müxtəlif döyüş əməliyyatlarında sınaqdan keçirilib”, – deyə Rojin qeyd edib.///oxu.az