Rusiya hərbi pilotları Ermənistanın dağlıq ərazilərində kompleks təlimlər keçirib.
Tribuna.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin ordu aviasiya ekipajları çətin hava şəraitində, dağ dərələrində və günün müxtəlif vaxtlarında manevr elementləri hazırlayıblar.
Təlim uçuşlarına 120-dən çox hərbi qulluqçu qatılıb, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.









