RUSİYA GENERALİTETİNDƏ DİDİŞMƏ – PRİQOJİNİ ƏZƏN GERASİMOV PUTİNİN SON ŞANSIDIR?

RUSİYA GENERALİTETİNDƏ DİDİŞMƏ – PRİQOJİNİ ƏZƏN GERASİMOV PUTİNİN SON ŞANSIDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valeri Gerasimovun təyinatı rusların iri miqyaslı hücum əməliyyatına başlayacağından xəbər verir.

Tribuna.az xəbər verir ki, Xorvatiyanın “Advance” internet portalı “Putinin mühüm hərbi qərarları” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub.
Məqalədə deyili: “Silahlı münaqişələr zamanı hansısa tərəfin böyük yerdəyişmələr etməsi işlərin plana uyğun getmədiyini göstərir. Bu yaxınlarda Rusiya Federasiyasında yenidən böyük yerdəyişmə həyata keçirildi”.
Bu, o analma gəlir ki, Rusiyanın Ukraynadakı ən yüksək vəzifəli hərbçisi “general Armaqeddon”, daha doğrusu, Sergey Surovikin işindən uzaqlaşdırılır və bundan sonra o, yalnız yeni baş komandanın üç müavinindən biri olacaq. Surovikinin “çox amansız komandir” oldoğu və döyüş meydanında vəziyyəti mütləq dəyişəcəyi düşünülürdü. Lakin bu baş vermədi.
Sergey Surovikin 8 oktyabr tarixində təyin edilmişdi. O vaxtdan indiyədək Rusiya Federasiyası öz üzərində ciddi zərbələr hiss edirdi və Surovikinin gedəcəyi tamamilə gözlənilən idi. Amma onun yerinə Gerasimovun gətirilməsi çoxlarını təəccübləndirdi.
Rusiyadakı analitiklərin və blogerlərin əksəriyyəti Valeri Gerasimovu tənqid edirlər. Rusiyanın müharibədəki uğursuzluqlarının çox hissəsini onun üzərinə yıxırlar. Deyirlər ki, Rusiya Federasiyası son 15 il ərzində ordunu modernləşdirib, ən müasir silahlar alıb, buraya böyük pullar yatırılıb, amma nəticə yoxdur.
Valeri Gerasimovun üzərinə iki ən radikal fiqur -“Vaqner”in başçısı Yevgeni Priqojin və çeçen lideri Ramzan Kadırovdur. Onlar Gerasimovu cəbhədən uzaqda gizlənməkdə ittiham edirdilər.
Gerasimovun tənqidi müəyyən mənada həm də Putinin tənqid edilməsidir. Ona görə də Putindən yan keçmək üçün əsasən Müdafiə naziri Sergey Şoyqu hədəfə alınırdı. Bir çoxları Gerasimovun tutduğu vəzifədən çıxarılacağını düşünürdülər.
Əgər Vladimir Putin tənqidçilərin iddia etdiyi kimi Valeri Gerasimovun bacarıqsız olduğunu düşünsəydi, onu komandan təyin etməzdi.
Sərt xəttin tərəfdarı kimi tanınan rusiyalı hərbi ekspert İqor Korotçenko deyir ki, Vladimir Putinin Valeri Gerasimovu komandan təyin etməsinin səbəbi Ukraynanın Qərbdən ağır zirehli texnika almasıyla bağlıdır. Bundan sonra Ukrayna Qərbdən Piyadaların Döyüş Maşını və tanklar alacaq.
Qeyd edilir ki, Valeri Gerasimovun gəlişi ilə Rusiya Federasiyasının Ukraynadakı döyüşlərdə ən təhlükəli silahlardan istifadə etməsi ehtimalı artır. Korotçenko deyib: ”Gerasimovun təyin edilməsi o anlama gəlir ki, Rusiya Federasiyası arsenalındakı bütün məhvetmə vasitələrini tətbiq edə bilər”. Aydındır ki, o, nüvə silahını nəzərdə tutub.
Valeri Gerasimov müəmmalı fiqurdur. O, hərdən həftələrlə ortalıqda görünmür və hətta keçən il Moskvada keçirilən Qələbə paradında iştirak etməmişdi. İndi isə o, Ukraynadakı kampaniyaya birbaşa komandanlıq edəcək. Gerasimov həmçinin, ABŞ-la mühüm hərbi məsələlər üzrə danışıqlar aparır.
Ancaq əgər sərtlik və amansızlıq barədə danışsaq, bu mənada birinci planda Yevgeni Priqojin, Ramzan Kadırov, həmçinin təzəcə vəzifəsi salınmış Sergey Surovikin dayanır. Amma Valeri Gerasimov başqa tipli hərbi rəhbərdir. O, Rusiya hibrid müharibəsinin rəmzidir.