Qərbin əsas məqsədi Rusiyanı regiondan sıxışdırmaqdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması isə bu işdə sadəcə bir vasitədir.
Tribuna.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan deyib. O bildirib ki, Qərbin fikrincə, regionda, xüsusən də Ermənistanın Türkiyə və Azərbaycanla uzunmüddətli, sabit sülhə nail olması bölgədə rusların mövcudluğuna ehtiyacı aradan qaldıracaq:
“Ermənilər üçün problem bu konsepsiyada Qarabağın Ermənistanın olmamasıdır. Ermənistanın Zəngəzur vilayəti isə o zaman mövcud ola bilər ki, İrəvan KTMT-nin bir hissəsi deyil, neytral dövlət olsun. Qarşıya qoyulan məqsədə, yəni Rusiyanın regiondan qovulmasına təkcə sülhlə deyil, həm də yeni müharibə yolu ilə nail olmaq olar.
Yeni müharibə iki mümkün ssenariyə gətirib çıxaracaq: ya Rusiya işə qarışır və Moskva üçün ikinci cəbhə yaradılır. Ya da Rusiya kənarda qalır, Ermənistan ağır itkilər verir, lakin Moskva avtomatik olaraq regiondan kənarlaşdırılır”.
Tribuna.az









