Rusiya, Çin və İran martın 15-dən 19-dək Oman körfəzində birgə hərbi dəniz təlimləri keçirəcək.
Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələri və İsrail martın 12-də bazar günü Nevada ştatında birgə təlimlərinə başlayıb .
ABŞ ərazisindəki təlimlərə ilk dəfə olaraq İsrailin yeddi F-35İ Adir təyyarəsi, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-15İ Raam təyyarəsi cəlb olunacaq.
Təlimlər iki həftə davam edəcək və hava üstünlüyünün əldə edilməsi, birgə hava hücumları, ərazi müdafiəsinin təşkili, düşmən təyyarələrinin tutulması, aşağı hündürlükdə uçuşlar və hava hücumundan müdafiə zonalarında uçuşlar daxil olmaqla geniş spektrli hərəkətləri əhatə edəcək.
Təlimdə həmçinin havada birgə yanacaq doldurulması da nəzərdə tutulub, bu müddət ərzində İsrail tanker təyyarələri ABŞ qırıcılarına, ABŞ-ın KC-135 Stratotanker hava tankerləri isə İsrailin F-35I “Adir” təyyarələrinə yanacaq dolduracaq.









