Rus qoşunları Xersondan çıxmağa hazırlaşır – Britaniya kəşfiyyatı

Rus qoşunları Xersondan çıxmağa hazırlaşır – Britaniya kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya hakimiyyəti Ukraynanın Xerson vilayətindən qoşunların çıxarılması variantını ciddi şəkildə nəzərdən keçirir.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Britaniya Müdafiə Nazirliyində hesab edirlər ki, general Surovikinin bir qədər əvvəl Xersonla bağlı “çətin qərarlar” haqqında bəyanatları, güman ki, Rusiya qoşunlarının Dneprdən çəkilməsi üçün informasiya şəraiti hazırlamaq cəhdidir.
Britaniya kəşfiyyatı Xersondakı rus qoşunlarının barja körpüsü və ponton keçidləri ilə çıxa biləcəyini ehtimal edir.