Rus pulu kəskin ucuzlaşdı – Ötən ilin aprelindən ilk dəfə…

Rus pulu kəskin ucuzlaşdı – Ötən ilin aprelindən ilk dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rubl ucuzlaşmaqda davam edir.

“AzPolitika.info” xəbər verir ki, Moskva birjasının məlumatına görə, ötən il aprelin 14-dən bəri ilk dəfə avro 90 rublu, dollar isə 82 rublu ötüb.

Həftənin əvvəlindən dollar 5%-dən çox bahalaşıb, avro isə rubl qarşısında 13% dəyər qazanıb.

Ötən ilin yazında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən və buna cavab olaraq Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan sonra rublun məzənnəsi çöküb. Lakin Rusiya Mərkəzi Bankının gördüyü tdəbirlər, idxalın kəskin azalması və enerji ixracından əldə edilən gəlirin qorunub saxlanması, enerji qiymətlərinin yüksək olması rublun möhkəmlənməsinə səbəb olmuşdu.

Analitiklər rublun hazırkı ucuzlaşmasını vergi dövrünün sonu ilə əlaqələndirirlər. İri ixracatçılar büdcəyə ödəniş etmək üçün valyutanı rubla dəyişirdilər. Rublun zəifləməsinin digər səbəbləri arasında ixracın azalması fonunda idxalın artması, neftin qiymətinin qalxması fonunda Maliyyə Nazirliyinin xarici valyuta satışının azalması və kapitalın xaricə axını ilə bağlı xarici valyutaya spekulyativ tələbin olması daxildir

Rublun ucuzlaşmasına xarici şirkətlərin Rusiyadakı bizneslərinin satışı üzrə əməliyyatların sayının artması da təsir edir, çünki alıcılar onları bağlamaq üçün valyutaya ehtiyac duyurlar.

“Bloomberg” rublun məzənnəsinin aşağı düşməsini Britaniyanın “Shell” şirkətinin “Saxalin-2” layihəsindən çıxması ilə əlaqələndirib. Bu həftə məlum oldu ki, Vladimir Putin NOVATEK-ə “Shell”in “Saxalin-2” layihəsindəki payını 95 milyard rubla almaq üçün şəxsən icazə verib. Bu vəsait Britaniya şirkətinin xaricdəki hesabına göndəriləcək və “Shell” milyardları Rusiyadan çıxara biləcək.

Maliyyə analitiklərinin fikrincə, görünür, bu qərar rubla təsir edən əsasamil olub. Eyni zamanda onların fikrincə, rublun məzənnəsinin indiki səviyyədə qalmasını gözləmək üçün heç bir fundamental əsas yoxdur. Səbəblərdən biri də OPEK ölkələrinin neft hasilatını sutkada bir milyon bareldən çox azaltmaq qərarından sonra neftin bahalaşması göstərilir.