Rumıniya Prezidenti: PUA F-16 qırıcısı tərəfindən vurulub

Rumıniya Prezidenti: PUA F-16 qırıcısı tərəfindən vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, bu səhər ölkənin hava məkanında aşkarlanan pilotsuz uçuş aparatı F-16 qırıcısı tərəfindən məhv edilib.

Tribuna.az xəbər verir ki, Rumıniya Prezidenti bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, PUA Dunay deltasında, Sfıntu-Qeorqe yaşayış məntəqəsindən təxminən 10 kilometr qərbdə vurulub.

Nikuşor Dan hadisə ilə bağlı məlumatların araşdırıldığını və aidiyyəti qurumların vəziyyəti izlədiyini qeyd edib.

Qeyd edək ki, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) məhv edib.