Ronaldoya ərəb klubundan təklif – həftədə 2,3 milyon avro

Ronaldoya ərəb klubundan təklif – həftədə 2,3 milyon avro

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mançester Yunayted”dən ayrılan Kriştiano Ronladonu heyətinə cəlb istəyən klublardan biri də Səudiyyə Ərəbistanını təmsilçisidir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Marca”da məlumatt yerləşdirilib. Məlumata görə Ronladoya Səudiyyə Ərəbistanı klubu “Əl-Nəssr”dən də təklif gəlib. Gözlənilməz təkliflə müraciət edən klub superulduza həftədə 2,3 milyon avrodan çox məvacib verməyə hazırdır. “Əl-Nəssr”in Ronaldoya yay fasiləsində belə bir təklif etdiyi, ancaq futbolçudan rədd cavabı alındığı bildirilib. Hazırda azad agent olduğundan portuqaliyalı hücumçunun təklifə yenidən baxacağı və müsbət cavab verəcəyi ümid edilir.
Bu yaxınlarda verdiyi qalmaqallı müsahibədən sonra “Mançester Yunayted”lə yolları ayıran Ronaldonu heyətində görmək istəyən digər klub İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl”dır.