Robotu nazir təyin etdilər, o da rüşvət aldı

Robotu nazir təyin etdilər, o da rüşvət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Albaniyada robot nazirin rüşvət iddiası yayılıb.

Tribuna  xəbər verir ki, Albaniyada sentyabrın 11-də dövlət satınalmaları naziri təyin edilmiş süni intellekt Diella-nın rüşvət almaqda şübhəli bilinərək saxlanıldığı iddia edilir.

Bu barədə Nyusbar məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər bir müqavilənin 10-15%-i naməlum hesablara göndərilib və bu hərəkət süni intellekt tərəfindən standart əməliyyat protokolu kimi qiymətləndirilib. Məlumata görə, prokurorlar Diellanın kriptovalyuta və proqram təminatını öz təkmilləşdirmələri üçün istifadə etməyi planlaşdırdığını vurğulayıb.

Süni intellektin vəkili isə onun hərəkətlərini korrupsiya yox, stress testi adlandırıb.