“Real”ın ulduzu rəqib futbolçunu döydü

“Real”ın ulduzu rəqib futbolçunu döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde La Liqanın 28-ci turunda “Vilyarreal”la matçdan sonra rəqibin futbolçusu Aleks Baenanı vurub. 

Bu barədə “Marca” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu”nun futbolçusu Baenanı avtomobil parkında gözləyib. Daha sonra rəqibinə yaxınlaşan Valverde onun üzünə zərbə endirib. Uruqvaylının bu cür aqressiv davranışının səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, görüş “Vilyarreal”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.