“RABİTƏBANK”DAN ŞİKAYƏT VAR – MÜŞTƏRİNİN PULU YEYİLİB

“RABİTƏBANK”DAN ŞİKAYƏT VAR – MÜŞTƏRİNİN PULU YEYİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitəbank”-ın müştərisi olan Sona Adılı başına açılan oyun səbəbindən bankdan imtina etmək qərarına gəlib.

Tribuna.az xəbər verir ki, xanım müştərinin sözlərinə görə, 06.12.2022-ci il tarixi debet kartına “Paşabank” kartından göndərilən 80 manat özünün məlumatı və razılığı olmadan 30.12.2022-ci il tarixində geri çəkilib:

“Mənə bu barədə sms yalnız 02.01.2023-cü il tarixi saat 20:53-də gəlib. Debet kartımda 3 manat olduğu üçün bank 3 azn-i hesabımdan çıxmış, qalan -77 manatı isə overdraft olaraq qeyd edib 1 ay müddətində ödəməli olduğumu sms-lə bildirib. Müraciət və şikayətimi həm “Rabitabank” həm də “Paşa bank”a etdim, lakin mənə əsaslı bir cavab verilmədi. “Rabitəbank” bu barədə “Paşa bank” müraciət etməli olduğumu, “Paşabank” isə müştərinin məxfi məlumatı olduğu üçün köməklik göstərə bilmədiyini qeyd etdi”.

Şikayətçi bildirib ki, “Rabitabank” onun suallarına əsaslı bir cavab verə bilməyib:

” 06.12.2022-ci il tarixi mənə göndərilən məbləğin mənim məlumatım və razılığım olmadan 30.12.2022-ci il tarixi kartımdan geri çəkməyə təsdiq verib və bu barədə mənə bir il sonra, yəni 2023-cü ilin 2-ci günü bayram təbriki əvəzinə sms-lə məlumat verib. Deməli ki, “Rabitəbank” müştərinin etibarlı və güvənli bankı deyil. Mən artıq bugündən etibarən Rabitəbank”dan bu hadisədən sonra imtina edirəm. Siz də bu barədə diqqətli olun”.

Tribuna.az