Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, Armen Qriqoryan Tasmaqambetovu KTMT-nin baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə həmsöhbətlər KTMT-nin məsuliyyət zonasındakı vəziyyəti müzakirə ediblər. KTMT-nin baş katibi Tacikistan və Qırğızıstan sərhədinin demarkasiyası barədə danışıb.
Armen Qriqoryan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edib. Tərəflər Azərbaycan Prezidentinin martın 16-da türk dövlətləri başçılarının zirvə görüşündə səsləndirdiyi bəyanatlara da toxunub.









