Qəzada ölən Nurlan tələbə imiş…

Qəzada ölən Nurlan tələbə imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dekabrın 25-də İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “BMW” və  “Honda” markalı avtomobillər toqquşması nəticəsində ölən Nurlan Nağıyev tələbə olub.
Belə ki, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. O, “Məşqçilik-2” fakültəsində cüdo ixtisası üzrə təhsil alırdı.