Britaniya hökuməti Ukraynanı öz tankları ilə təmin edəcək.
Tribuna.az Financial Times”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bununla bağlı müdafiə nazirinə müraciət edib.
O bildirib ki, Ukraynaya yeni hərbi dəstək paketi göstərmək lazımdır. Paketə tanklar da daxil edilib.
Bu isə Qərb ölkəsinin rəsmi Kiyevə müasir ağır döyüş tankları verməsi ilə bağlı ilk hadisə olacaq.









