QARABAĞDAKI ERMƏNİ QADINLARI ÇAĞIRIŞ ETDİ, AVROPA KOMİSSİYASI ONLARIN PAYINI VERDİ

QARABAĞDAKI ERMƏNİ QADINLARI ÇAĞIRIŞ ETDİ, AVROPA KOMİSSİYASI ONLARIN PAYINI VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 1-də Qarabağda yaşayan erməni qadınlar “Analar, uşaqlarının hüquqları uğrunda” plakatları və bu kimi şüarlarla Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorinə məktublarını Avropa Komissiyasının prezidentinə çatdırmaq xahişi ilə müraciət ediblər.
Tribuna.az Ermənistan mediasına istinadən xəbər verir ki, məktubda “Dağlıq Qarabağ”ın 2022-ci il dekabrın 12-dən “blokada”da olduğunu və qışda 120.000 sakininin, o cümlədən 30.000 uşağın həyat, sağlamlıq və təhsillə bağlı hüquqları qeyd olunub. Fevralın 6-da Aravot.am AB nümayəndə heyətinin rəhbəri xanım Viktorinə yazılı sorğu göndərib.

Sorğuda AK prezidenti Ursula von der Leyenə müraciət edilərək, onun humanist dəyərləri siyasi maraqlardan üstün tutduğu bildirilib. “Yaranmış humanitar böhranı həll etmək üçün öz təsir imkanlarınızdan istifadə edin”, – deyə ona çağırış qeyd olunub.
Ursula fon der Leyenin cavabında isə “Avropa İttifaqının Ermənistandakı nümayəndə heyəti vasitəsilə aldığım açıq məktubunuza görə təşəkkür edirəm. Avropa İttifaqı ötən ilin dekabrından Laçın dəhlizi ətrafında baş verən hadisələrdən son dərəcə narahatdır. Biz başa düşürük ki, Laçın dəhlizi ilə hərəkətin məhdudlaşdırılması yerli əhali üçün ciddi problem və humanitar narahatlıqdır” – dey ümimi cavab verilib.
Onun sözlərinə görə, “Əmin olun ki, Avropa İttifaqı vəziyyəti həll etmək üçün diplomatik səylərini səfərbər etməkdə davam edir və Azərbaycanı, digər tərəfləri üçtərəfli sazişin müddəalarından irəli gələn dəhliz boyunca sərbəst və maneəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görməyə dəfələrlə çağırıb”.