“Qarabağ” yaxşı müdafiə olunur” – “Dinamo”nun baş məşqçisi

“Qarabağ” yaxşı müdafiə olunur” – “Dinamo”nun baş məşqçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Ukrayna Premyer Liqasının 2-ci turunda “Veres” üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının qarşıdakı oyunları barədə danışıb.

Tribuna.az xəbər verir ki, Kostyuk xüsusilə “Qarabağ”la keçirilən matçdan sonra komandasının hücumdakı problemlərinə və sıx oyun qrafikinə toxunub.

Kostyuk “Dinamo”nun hücumda zəif təsir bağışlaması ilə bağlı fikirlərə münasibət bildirərkən “Qarabağ”ın müdafiə baxımından yaxşı komanda olduğunu qeyd edib:

“Komandamızın zəif oynadığını deməzdim. Sadəcə, qol imkanlarından istifadə edə bilmirik. Müxtəlif kombinasiyalardan istifadə edirik. Təəssüf ki, yaratdığımız şansları qola çevirə bilmirik. Bundan əvvəl yaxşı müdafiə olunan rəqiblərlə qarşılaşmışdıq. Həm PAOK, həm də “Qarabağ” çox fəal oynadı. Deməli, hər şey sizin dediyiniz kimi deyil”.

Baş məşqçi həftədə iki oyundan ibarət sıx qrafikin komandaya təsirindən də danışıb. Onun sözlərinə görə, bu müddətdə əsas diqqət futbolçuların bərpasına, rəqibin və əvvəlki oyunların təhlilinə yönəldiləcək. Kostyuk “Veres”lə matçda geniş rotasiyaya getdiklərini də bildirib:

“Bu gün böyük rotasiya etdik. “Qarabağ”la oyunda meydana çıxmayan futbolçulara daha çox oyun vaxtı verdik. Onlar bu gün daha yaxşı idilər. Amma çoxlu lazımsız top itkilərinə yol verdik”.