Tiktok-da söyüş söyən “Sarışın gözəl” HƏBS OLUNDU

Tiktok-da söyüş söyən “Sarışın gözəl” HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.

A.M. tiktok sosial şəbəkəsində özünə məxsus “Sarışın gözəl” profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Faktla bağlı A. M. polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ((internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Göyçay rayon Məhkəməsinin qərarı ilə A. Maqsudova barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib./Lent.az