Türkiyəli aktyor Kerem Bürsin və “Çarpıntı” serialında tərəf müqabili olan Lizge Cömertin sevgili olduğu iddia edilib.
Tribuna.az xəbər verir ki, Bircan Bali “Söylemezsem Olmaz” proqramında aktyorların serial çəkilişləri zamanı yaxınlaşdığını və münasibətlərinin daha sonra başladığını iddia edib.
İddiaya görə, Kerem Bürsinin xəstəxanada olduğu vaxt Lizge Cömertin gecə onun yanında qaldığı və münasibətin məhz bundan sonra başladığı söylənilib.
Cömertin də bu yaxınlarda uzunmüddətli münasibətinin bitdiyi qeyd olunub.
Kerem Bürsin və Lizge Cömert 2025-ci ildə yayımlanan “Çarpıntı” serialında Aras və Aslı obrazlarını canlandırıblar.
Hazırda tərəflərdən münasibət iddiasını təsdiqləyən və ya təkzib edən açıqlama yoxdur.
Gülşən Rəsul












