Məktəblərdə məcburi teatr biletləri satılsın – TƏKLİF (Video)

Məktəblərdə məcburi teatr biletləri satılsın – TƏKLİF (Video)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə teatra, konsertə, sirkə, mədəni tədbirlərə məcburi bilet satılmalıdır.

Tribuna.az xəbər verir ki, belə təkliflə yazıçı, publisist Azər Qismət çıxış edib. O bildirib ki, məktəblərdə bayramlar, tədbirlər üçün 100-200 manat pullar yığılırsa, teatrlar üçün də pul yığıla bilər:

“Bir çoxları etiraz edə bilər ki, niyə məcburi satılmalıdır. Baxırıq valideyn qruplarında ki, məzun üçün, paltar üçün 100-200 manat pullar yığılır. Teatr üçün də 3-4 manat çox deyil. Bu, valideynə ağır yük də olmaz. Uşaq teatra gedər, mənəniyyət evlərinə gedər ki, özü də mədəni insan olsun, quracağı ailə də mədəni olsun.

Bunları təşkil eləmək, təşviq etmək lazımdır. Bu addım teatrların, aktyorların vəziyyətini də düzəldər, uşaqların da mədəni səviyyəsinə təsir edər”.

Azər Qismətin sözügedən videosunu təqdim edirik:

Nigar İxtiyarqızı