“Qarabağ” “Şamaxı”ya qalib gəldi

“Qarabağ” “Şamaxı”ya qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının XIX turunun növbəti oyunu “Şamaxı” və “Qarabağ” komandaları arasında keçirilib.

Tribuna.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 14-cu dəqiqədə Oruc Məmmədov açıb. 4 dəqiqə sonra isə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Coni Montiel cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib.

90+4-cü dəqiqədə isə Kamilo Duran komandasının qələbə qolunun müəllifi olub.

Bununla da ikinci sırada olan “Qarabağ” xallarının 42-yə çatdırıb. “Şamaxı” 23 xalla səkkizincidir.

Sənan Məmmədli