Qarabağ” Konfrans Liqasında “Dinamo” ilə qarşılaşacaq

Qarabağ” Konfrans Liqasında “Dinamo” ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Ukraynanın “Dinamo” (Kiyev) klubu olacaq.

Tribuna.az -ın məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

“Dinamo” (Kiyev) isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.

Beləliklə, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” və “Dinamo” (Kiyev) üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.