Qarışqa dərmanından zəhərləndi – Xəstəxanalıq oldu

Qarışqa dərmanından zəhərləndi – Xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Tribuna.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.