“Qarabağ”ın “Gent”i keçmə şansı nə qədərdir?

“Qarabağ”ın “Gent”i keçmə şansı nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfrans Liqasının pley-off mərhələsində “Köhlən atlar”ın rəqibi Belçikanın “Gent” kollektivi oldu. “Fiorentina”, “Bazel” səviyyəsində klub olmasa da asan rəqib də deyil. Belçika liqasının yaxşı klublarından olan “Gent”in büdcəsi, oynadığı liqanın səviyyəsi Azərbaycan çempionuna nisbətən daha yaxşıdır. Amma bu da bir gerçəklikdir ki, komandamız üçün bu çox da önəmli nüans deyil. Bildiyimiz kimi Avropa Liqasının qrup mərhələsində öz qrupunda ən aşağı büdcəsi olan komanda elə “Qarabağ” idi. Amma buna baxmayaraq Ağdam təmsilçisi rəqiblərindən heç də, zəif təsir bağışlamadı.

“Qarabağ” – “Gent” görüşünə gəlincə isə, ilk oyunun Azərbaycanda keçirilməsi bəlkə də, komandamız üçün yaxşı hal deyil. Çünki cütün taleyi 2-ci oyunda – Belçikada müəyyən olunacaq. Belçika təmsilçisi isə rəqib meydanında o qədər yaxşı təsir bağışlamasa da, öz meydanında bunun əksini göstərir. Bu baxımdan 2-ci görüşün Belçikada keçirilməsi Azərbaycan təmsilçisinə sərf etməyə bilər. Buna görə də, “Köhlən atlar” Bakıda keçiriləcək ilk oyunda maksimum səhvsiz oynayıb səfər matçına üstün tərəf kimi yollanmalıdır. Əks halda növbəti mərhələyə çıxma şansı “Qarabağ” üçün qəlizləşə bilər. Ümumi baxsaq komandaların növbəti mərhələyə keçmək şansının bərabər olduğunu söyləmək olar.

Nihat Kərimli

TİA.AZ