UEFA Avropa Liqasının qrup mərhələsində “Nant” ilə qarşılaşacaq “Qarabağ” bu gün Fransaya yollanacaq.
TİA.AZ xəbər verr ki, Ağdam təmsilçisini aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
“Nant” – “Qarabağ” oyunu oktyabrın 27-i Bakı vaxtı ilə 23:00-da baş tutacaq.









