“Qarabağ”a cəmi 1 xal lazımdır” – AÇIQLAMA

“Qarabağ”a cəmi 1 xal lazımdır” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünənki oyunda “Qarabağ” adına təkcə qol çatmadı. Bu olmayınca, Ağdam təmsilçisi hesabı saxlamağa çalışdı və bunun öhdəsindən gəldi”.

Bu sözləri offsideplus.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib. O, dünən UEFA Avropa Liqasının G qrupunda keçirilən “Qarabağ” – “Olimpiakos” matçı barədə danışıb.

Tanınmış funksioner “köhlən atlar”ın qrup mərhələsini ikinci yerdə bitirə biləcəyini söyləyib:

“Məncə, “Qarabağ” qrupu ikinci yerdə bitirəcək. Bunun üçün isə cəmi 1 xal lazımdır. “Nant”la səfər matçında əldə olunacaq 1 xal təmsilçimizi qrup ikincisi edəcək”.