Bakıda qarlı hava şəraiti ilə əlaqədar taksilərdə gediş haqqı kəskin artıb.
Bakupost.az –ın məlumatına görə, qarın yağmasından istifadə edən işbazlar qiymətləri qaldırıblar.
Belə ki, Masazır, Xırdalan kimi ərazilərə qeyri-qanuni işləyən “manatlıq” taksilər adamın birini 5 manatdan aparırlar. Eyni zamanda, özəl taksi şirkətlərində də bahalaşma müşahidə olunur.
Qeyd edək ki, fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilib.
Xatırladaq ki, Bakıda qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi açıqlanıb.









