Rusiya prezidenti Vladimir Putin ilhaq edilən Ukrayna ərazilərində hərbi vəziyyətin elan edilməsi barədə fərman imzalayıb.
TİA.AZ TASS-a istinadla xəbər verir ki, söhbət 30 sentyabrda keçirilən “referendumlar”la Rusiyaya birləşdirilən Donetsk və Luqansk Xalq Respublikalarından, Zaporojya və Xerson vilayətlərindən gedir.
“Mən Rusiya Federasiyasının bu dörd subyektində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. O, dərhal Federasiya Şurasına, Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək”, – Putin videokonfrans vasitəsilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında deyib.









