Baş nazir Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycanın Laçın dəhlizini bağlaması nəticəsində Dağlıq Qarabağda davam edən humanitar böhran müzakirə olunub.
Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması kontekstində ER baş naziri Rusiya sülhməramlı missiyasının ardıcıl addımlar atdığını vurğulayıb.
Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda Ermənistan-Rusiya münasibətləri və bu münasibətlərdə baş verən digər hadisələr barədə də fikir mübadiləsi aparılıb.









