Putin illik mətbuat konfransını ləğv etdi

Putin illik mətbuat konfransını ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin illik mətbuat konfransını ləğv edib.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı bu il olmayacaq. Bu barədə onun mətbuat katibi Dmitri

Peskov məlumat yayıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin xüsusilə xaricə səfərləri zamanı mətbuata tez-tez danışıb.”Ümid edirik ki, prezidentin bundan sonra jurnalistlərlə danışmaq imkanı olacaq”, – deyə Peskov bildirib. Ləğv səbəbi ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, saatlarla davam edən bu görüşlərdə Rusiya lideri ötən ilin dəyərləndirilməsini və gələn ilin planlarını jurnalistlərin sualları vasitəsilə televiziya vasitəsilə çatdırırdı.