Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı işğaldan danışarkən ilk dəfə müharibə sözündən istifadə edib.
Tribuna.az Britaniynın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, 11 aydır Ukraynada davam edən işğalı “xüsusi hərbi əməliyyat” adlandıran Putin ötən günkü çıxışında müharibəni tezliklə bitirmək fikrində olduğunu bildirib.
“Məqsədimiz hərbi qarşıdurmanı alovlandırmaq deyil, əksinə bu müharibəyə son qoymaqdır”-deyə, o, bildirib.
Qeyd edək ki, Rusiyada mart ayından etibarən Ukraynadakı qarşıdurmayla bağlı “işğal” və “müharibə” kimi sözlərdən istifadə etmək qadağan edilib.









