Prezident ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak etdi

Prezident ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qarlı hava şəraiti ilə əlaqədar taksilərdə gediş haqqı kəskin artıb.

Tribuna.az–ın məlumatına görə, qarın yağmasından istifadə edən işbazlar qiymətləri qaldırıblar.

Belə ki, Masazır, Xırdalan kimi ərazilərə qeyri-qanuni işləyən “manatlıq” taksilər adamın birini 5 manatdan aparırlar.

Eyni zamanda, özəl taksi şirkətlərində də bahalaşma müşahidə olunur.
Qeyd edək ki, fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir. Hətta 3-5 manatlıq məsafə üçün qiymətin 20-30 manat olduğu bildirilib.
Xatırladaq ki, Bakıda qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi açıqlanıb.