Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi

Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.

Tribuna.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Qeyd edək ki, B.Aslanbəylinin 50 yaşı tamam olur.