Prezident İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

Prezident İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı Azərbaycana rəsmi səfərə dəvət edib.

TİA.AZ-ın xəbərinə görə, Prezident İlham Əliyev albaniyalı həmkarı ilə birgə mətbuata bəyanatı zamanı çıxışının sonunda deyib:

“Çıxışımın sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.