Premyer Liqada 25-ci tura start verildi: İlk oyunda qalib müəyyənləşmədi

Premyer Liqada 25-ci tura start verildi: İlk oyunda qalib müəyyənləşmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Tribuna.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Zirə” öz meydanında “Şamaxı”nı qəbul edib.

Görüşdə qalib müəyyənləşməyib – 2:2. Oyunda hesabı 29-cu dəqiqədə “Zirə”nin hücumçusu Hamidu Keyta açıb. Ancaq “Şamaxı” təslim olmayıb. 60-cı dəqiqədə Amil Yunanov penaltidən hesabı bərabərləşdirib, 73-cü dəqiqədə isə Kamran Quliyev bölgə klubunu önə keçirib. Matçda son nöqtəni də “Şamaxı”lı qoyub. Ancaq Nihad Quliyev qapıları səhv salıb.

Bu nəticədən sonra xalını 36-ya çatdıran “Zirə” 4-cü pillədəki mövqeyini qoruyub. “Şamaxı” isə 20 xalla 8-cidir.

Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.