Premyer Liqa: “Qəbələ” “Kəpəz”i, “Sumqayıt” “Zirə”ni qəbul edəcək

Premyer Liqa: “Qəbələ” “Kəpəz”i, “Sumqayıt” “Zirə”ni qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI turun daha iki oyunu keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, hər iki qarşılaşma paytaxtdan kənarda baş tutacaq.

Günün ilk matçında “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Meydan sahibləri 16 xalla 5-ci, qonaqlar 4 xalla 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 21 dəfə üz-üzə gəlib. Bunların 10-da “qırmızı-qaralar”, 6-da Gəncə təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də “Qəbələ” üstündür – 28:17.

İkinci görüş Sumqayıtda olacaq. Şəhərin eyniadlı kollektivi “Zirə” ilə üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi 4 xalla 9-cu, “qartallar” 16 xalla 4-cü sıradadır. Tərəflər Premyer Liqada 28 dəfə görüşüblər. Əvvəlki oyunların 14-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində qonaqların üstünlüyə malikdir – 35:21.

Azərbaycan Premyer Liqası, XI tur

22 oktyabr (şənbə)

16:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Turan Tovuz”u 3 cavabsız qolla üstələyib. Tura oktyabrın 23-də “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.