Polşa Seymi Rusiyanı terorçuluğun sponsoru kimi tanıdı

Polşa Seymi Rusiyanı terorçuluğun sponsoru kimi tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa parlamenti Rusiya Federasiyasını (RF) terrorçuluğu dəstəkləyən və terrorçuluq tədbirləri tətbiq edən dövlət kimi tanıyıb.

Uyğun qərar dekabrın 14-də qəbul olunub. Sənəddə deyilir ki, Rusiya sistematik olaraq, insan hüquqlarını, beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini və bir sıra digər öhdəlikləri pozur.

Bundan başqa, RF digər ölkələrin ərazisinə hücum edir, hərbi cinayətlər və genosid törədir, eyni zamanda düşmənçi iqtisadi fəaliyyət həyata keçirir, xüsusilə də energetika sahəsində.

«Rusiya Malayziya aviaxətti təyyarə reysinin (MN17) 2014-cü ildə baş vermiş qəzasına görə birbaşa məsuliyyət daşıyır ki, bu qəza nəticəsində o zaman 298 adam həlk olub. Bundan başqa Rusiya Smolenskdə Polşa HHQ reysinin (2010 il) qəzasında məsuldur – bu qəzada Polşa Prezidenti Lex Kaçinski ilə birlikdə Polşa hökumətinin yüksək məqamlı nümayəndələri, NATO hərbi rəisləri və Polşa parlamentinin üzvləri (9 nəfər) həlak olublar» – qərarda deyilir (EADayly.com).