Dünən İran prezidenti Məsud Pezeşkianın Qırğızıstana səfəri zamanı qızı Zəhra Pezeşkianla Azərbaycan dilində danışması diqqət çəkib.
Tribuna.az xəbər verir ki, Bişkekdə keçirilən ŞƏT sammiti zamanı lentə alınan görüntülərdə Pezeşkian qızına Azərbaycan dilində səslənərək: “Zəhra, bura gəl! Keç, gəl bura!” – deyib.
Pezeşkianın qızına Azərbaycan dilində müraciət etdiyi an sosial mediada yayılıb və istifadəçilərin diqqətinə səbəb olub.
P.S. Video “Azad İran” səhifəsinə məxsusdur.









