Pentaqon: “Rusiya döyüş tanklarının yarısını itirib”

Pentaqon: “Rusiya döyüş tanklarının yarısını itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”.

TİA.AZ  report-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib.

O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”.

K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı savaş bu ilin fevral ayında başlayıb