Əfsanəvi braziliyalı futbbolçu Pelenin son durumuna aydınlıq gəlib.
Tribuna.az xəbər verir ki, 82 yaşlı keçmiş hücumçunun səhhəti pisləşib. Xərçəng xəstəliyindən əziyyət çəkən Pelenin xəstəliyi daha da irəliləyib. Üstəlik onun ürək çatışmazlığı da var.
Pele artıq bir neçə gündür ki, xəstəxanadadır. Onun qızı Keli Naskimento atası ilə fotosunu paylaşıb və yazıb: “Bi hələ də buradayıq. Mübarizəmiz davam edir. İnanırıq. Daha bir gecəni birlikdə keçirdik”.










