“Laçın dəhlizinin bağlanması ilə əlaqədar olaraq Dağlıq Qarabağda humanitar vəziyyət gərgindir”.
Tribuna.az armenpress-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib. Baş nazir əlavə edib ki, “Dağlıq Qarabağ”a qaz və elektrik enerjisinin verilməsi hələ də problemdir. Paşinyan xatırladıb ki, aprelin 5-də Gorusdan Xankəndiyə gedən bir qrup erməni yaşayış yerlərinə buraxılmaması ilə bağlı şok hadisə yaşayıb:
“Bu sənədləşdirilmiş hekayə bizim əvvəlki qiymətləndirmələrimizi bir daha nümayiş etdirir və onlar Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı fonunda öz təsdiqini tapır, buna görə Azərbaycan Laçın dəhlizi ilə hərəkətin tam bərpası üçün bütün tədbirləri görməlidir. Ötən gün baş vermiş hadisə bir daha sübut edir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı icra olunmur və biz bundan irəli gələn beynəlxalq diplomatik səylərimizi davam etdirməliyik”, – deyə baş nazir bildirib.









