“Ermənistan Azərbaycanla 2022-ci ilin sonuna kimi sülh sazişi imzalamaq niyyətindədir”.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Düzünü desəm, mən sülh sazişininin bu ilin sonuna qədər imzalanmasını istəyirəm. Bu nə dərəcədə realdır? Bu suala belə cavab verəcəyəm: hökumət və mən bunun reallaşması üçün hər şeyi edəcəyik”,- o əlavə edib









