Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Akopyanın boşanması ilə bağlı bir çox versiyalar yayılıb.
Tribuna.az xəbər verir ki, “Hraparak” nəşri yeni bir iddia ilə çıxış edib. Erməni KİV yazıb ki, 2019-2020-ci illərdə cütüyün münasibətləri xeyli pisləşib və təxminən bir il, hətta daha uzun müddət bir evdə yaşamayıblar.
Lakin ailədaxili böhran aradan qalxıb, yalnız 2025-ci ilin ortalarında yenidən pisləşib. Anna Çində təhsil almaq istəyib və bu da söz-söhbətə səbəb olub. Bəzi şayiələrə görə, son üç ayda Nikol Paşinyan Anna Akopyanı Göyçədəki hökumət yay iqamətgahına “sürgün edib” və ona hər hansı addım atmağa qadağa qoyub.
Fərda Uğur









