Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Tribuna.az xəbər verir ki,İcra başçısı Elnur Rzayevin əmri ilə İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu vəzifəsindən azad edilib.
O, 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.
Anar Oruclu təyinatını təsdiqləyib və yeni vəzifəsinin bu gündən qüvvəyə mindiyini bildirib./Bizim.Media/









