Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyandan ayrıldığını və Hökumət evini tərk etdiyini açıqlayıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Akopyan bildirib ki, Paşinyanla vətəndaş nikahının bitdiyini bildirən paylaşımı onunla birlikdə yaşadığı həyatın sonu demək idi.
Onun sözlərinə görə, bundan sonra kirayə mənzildə yaşayacaq, çünki aldığı ev hələ də tikilməkdədir. Yaşayış xərclərinə gəldikdə isə, Anna hesabında 5 milyon dram qaldığını və “Mənim Addımım” fondunda işləməyə davam etmək istədiyini bildirib.
Tribuna.az xəbər verir ki, Paşinyan illər əvvəl Anna ilə rəsmi evli olmadıqlarını deyib. Onların üç övladı var.
Cütlük heç vaxt ənənəvi hüquqi və dini nigah bağlamayıblar.
Paşinyan bildirib ki, “Mən bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər, əmlakımı müsadirə edəcəklər. Evlənməməyimizin yeganə niyyəti olub…Mən evlənməmişəm ki, ailəmi qoruya bilim”.
Aldığımız ev Annanın adına yazılıb, baxmayaraq ki, onu birlikdə almışıq. Mən bilirdim, nə olacaq, mənim başıma nələr gələ bilər. Və istəyirdim ki, heç olmasa uşaqlarımızın yaşayaşamağa yeri olsun. Buna görə evlənməmişik… ki, bu ev Annanın adına olsun, onun mənimlə qanunla heç bir əlaqəsi olmasın ki, gedib öz əməyimizlə qazandığımızı əlimizdən almasınlar”, – Nikol Paşinyan deyib.
Xatırladaq ki, Paşinyan Erməni kilsəsinin rəhbərinin istefasını tələb edib.
Paşinyan kilsə rəhbəri II Qaregini subaylıq andını pozmaqda ittiham edir.
Baş nazirin sözlərinə görə, kilsə rəhbərinin övladı var və belə halda Qaregin katolikos ola bilməz.
Bundan sonra isə kilsə təmsilçilərindən bəziləri Paşinyanı nigah bağlamamaqda ittiham edib.
Həsən Ağa









